Əlaqə Arxiv
news Image
2014.09.23
17:21
| A A A
Leysan Ağstafada fəsadlara səbəb olub

Sel suları sakinlərin evlərinə və təsərrüfatına ziyan vurub

Qərb zonasına yağan leysan yağışları bəzi rayonlara sel gətirib. Ağstafanın kəndlərində sel suları sakinlərin ev və təsərrüfatına ziyan vurub. ANS TV-nin məlumatına görə, sel suları əsasən Ağstafanın Dağkəsəmən kəndinə ziyan vurub. Yolları və sakinlərin evlərini su basıb. Yerli sakinlərin həyətlərindəki xeyli sayda yardımçı tikili uçub. Ev quşları tələf olub, kənd sakininə məxsus avtomobil də sel sularına tab gətirməyib. Su avtomobili aparıb və maşın yararsız hala düşüb. 


Rayon Fövqəladə Hallar Komissiyasının sədri Ramiz Tatarovun verdiyi məlumata görə, təbii fəlakət kənddə 100-ə yaxın evə ziyan vurub. Bununla belə rabitə və elektrik xətlərinə ciddi ziyan dəyməyib. Həmişəkindən fərqli olaraq kəndlə rayonun əlaqəsi kəsilməyib. 


Dağkəsəmən kəndi relyef baxımından dağ ətəyində yerləşdiyindən mövsümü olaraq bura tez-tez sel gəlir. Elə buna görə də kənddə su ötürücü anbarlar tikilir. Lakin tikinti başa çatmadığından qurğu istifadəyə verilməyib. Hazırda kənddə texnika işləyir və dəymiş ziyanın aradan qaldırılması üçün iş gedir. 


Sizin Reklam Yeriniz