Əlaqə Arxiv
news Image
2014.09.23
23:15
| A A A
Təhsil idarəsinin növbəti səyyar qəbulu Xətai və Sabunçu rayonlarında keçiriləcək

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən yeni tədris ilindən başlayaraq Bakı şəhərində rayonlar üzrə ayrı-ayrı məktəblərdə keçirilən səyyar qəbullar davam etməkdədir.

Movqe.az-ın Bakı Şəhəri üzrə Təhsil İdarəsinə istinadla verdiyi məlumata görə, növbəti səyyar qəbullar sentyabrın 27 – də Xətai və Sabunçu rayonlarında keçiriləcək. Xətai rayonu üzrə 27 №li məktəbdə keçiriləcək səyyar qəbula 27, 55, 56, 58, 59,147, 165, 194 №li məktəblərin müəllim və valideynləri müraciət edə bilərlər. 


Sabunçu rayonu üzrə 170 №li məktəbdə keçiriləcək səyyar qəbula isə 67, 68, 80, 90, 148, 155, 170, 215, 310, 311 № li məktəblərin müəllim və valideynləri müraciət edə bilərlər.


Səyyar qəbullar saat 10:00 – da başlayacaq və vətəndaşların müraciəti bitənədək davam edəcək. Vətəndaşların qəbulunu həyata keçirəcək təşkilat komitəsinin üzvləri Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və struktur bölmələrinin üzvlərindən ibarətdir.


Görüşlər vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətini artırmaq, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədini daşıyır.

Sizin Reklam Yeriniz