Əlaqə Arxiv
news Image
2014.09.24
14:18
| A A A
Şəhidlər Xiyabanında İlham və Fərizənin məzarlarını təhqir edən şəxs tutulub

Şəhidlər Xiyabanında İlham və Fərizənin məzarlarını təhqir edən şəxs bu gün eyni hərəkətləri etmək istəyərkən yaxalanıb.

Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Səbail Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində avqustun 22-də paytaxtın Şəhidlər Xiyabanında İlham və Fərizə Allahverdiyevlərin qəbirlərini təhqir edən Xəzər rayon sakini, ruhi xəstə Nüsrət Qulam oğlu Qasımov tutulub.

 

Qeyd edək ki, göstərilən tarixdə naməlum şəxslər İlham və Fərizə Allahverdiyevlərin qəbirləri üzərində təhqiredici hərəkətlərə yol veriblər. Faktla bağlı Bakı Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 245-ci maddəsi ilə cinayət işi başlanıb. Cinayət işi üzrə istintaqın aparılması Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq idarəsinə tapşırılıb. 

Sizin Reklam Yeriniz