Əlaqə Arxiv
news Image
2014.09.24
15:41
| A A A
Azərbaycanda bu ilin 9 ayı ərzində doğulan uşaqlara ən çox hansı adların verildiyi açıqlanıb

Azərbaycanda bu ilin 9 ayı ərzində doğulan uşaqlara qoyulan adlar arasında üstünlük təşkil edən adların siyahısı açıqlanıb.


Ədliyyə Nazirliyindən APA-ya verilən məlumata görə, oğlan adları arasında ən çox populyarlıq qazanan ad Yusif adıdır. Belə ki, bu ilin 9 ayı ərzində doğulmuş oğlan uşaqlarından 2702 nəfərə Yusif adı verilib. Daha çox qoyulan oğlan adları arasında Əli (1735), Hüseyn (1705), Ömər (1098), Məhəmməd (962), İbrahim (644), Kənan (616),  Nihad (609) adları da var.

 

Qız uşaqlarına verilən ən populyar ad isə Zəhra adıdır. Belə ki, 2412 uşağa Zəhra adı verilib. Populyarlıq qazanan digər qız adları isə - Nuray (1747), Fatimə (1651), Ayan (1200), Aylin (1254), Zeynəb (1145), Xədicə (903), Mədinə (779), Leyla (763), Fidan (742), Gülay (739), Nəzrin (610) adlarıdır.

 

Zəhra və Yusif adları son beş ildə Azərbaycanda ən çox qoyulan adlar siyahısında birinci yeri tuturlar. Son beş ildə 15905 uşağa Zəhra, 15819 oğlana isə Yusif adı verilib.

 

Qeyd edək ki, populyarlıq qazanmayan adlar Süleyman və Səbinə adlarıdır. Belə ki, son beş ildə 1366 uşağa Süleyman, 1363 nəfərə isə Səbinə adı verilib.


Sizin Reklam Yeriniz