Əlaqə Arxiv
news Image
2014.09.24
17:55
| A A A
Azərbaycanda inzibati dövlət binalarının “Yaşıl tikinti” prinsipinə uyğun tikilməsi təklif olunur

Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Standartlaşdırma və Sertifikasiya İnstitutu tikintisi dövlət büdcəsindən maliyyələşdirilən binaların "Yaşıl tikinti" prinsipinə uyğun olaraq aparılmasını təklif edir.


Bu barədə "APA-Economics"ə Standartlaşdırma və Sertifikasiya İnstitutunun direktoru Sabiq Abdullayev bildirib.

 

"Bildiyiniz kimi, biz "Uyğunluğun qiymətləndirilməsi və daşınmaz əmlak obyektlərinə tələblər" adlı dövlət standartını qəbul etmişik. Rusiya bu standart Soçidə keçirilən Qış Olimpiadası ərəfəsində qəbul olunub. Bu standarta uyğun olaraq tikilən tikililər ətraf mühitə minimum zərər vurur. Digər tərəfdən, bu tip daşınmaz əmlakın tikintisi zamanı enerjiyə qənaət edən texnologiyalardan istifadə olunur. Bu da ətraf mühitə dəyən ziyanı minimuma endirir. Biz bu məsləyə çox həssas yanaşırıq və təbliği ilə məşğuluq", - deyə o qeyd edib.

 

Onun sözlərinə görə, bir sıra xarici ölkələrdə "Yaşıl tikinti" ilə bağlı sertifikatlaşdırma sistemi var. "Biz Azərbaycanda da bu sahədə milli sertifikasiya sistemini yaratmaq istəyirik. Azərbaycanda "Yaşılı tikinti" prinsipinə uyğun olaraq bir neçə bina tikilib, lakin onların müvafiq sertifikatı yoxdur. Ümumilikdə, bu baxımdan müsbət tendensiya müşahidə olunsa da, bu cür tikililərin sayı çox azdır", - deyə o, əlavə edib.

 

"Qeyd edim ki, Qərbi Avropa, Avropa İttifaqına üzv olan ölkələrdə dövlət büdcəsinin vəsaitləri hesabına tikilən binaların tikintisi "Yaşıl tikinti" prinsipinə uyğun olaraq aparılır. Bu, qanunvericiliklə tənzimlənə məsələdir. Bunu Azərbaycanda da tətbiq etmək olar. Biz (Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi – red.) bu barədə öz təkliflərimizi hazırlayırıq. Fikrimcə, bu sahədə böyük nailiyyətlərə imza atacağıq", - deyə S. Abdullayev bildirib.


Sizin Reklam Yeriniz