Əlaqə Arxiv
news Image
2012.07.16
16:31
| A A A
Vyetnamdan 40 il sonra məktub gəldi

Movqe.az xəbər veri ki, ABŞ ordusu 101-ci hava diviziyası səlahiyyətliləri, South Carolina əyalətindəki Kolumbia şəhərindən Çavuş Steve Flahertynin ailəsinə yazdığı 4 məktubu əmisi Kenneth Cannon və yengesi Martha Gibbonsa təhvil verib.

Donanmadan təqaüdçü olan 80 yaşındakı Cannon, mərasimdə etdiyi çıxışında məktubların 40 il sonra əllərinə keçməsini böyük bir möcüzə kimi qiymətləndirib.73 yaşındakı Gibbons isə, ailənin məktubları oxuduqdan sonra Vyetnam döyüşüdə həyatlarını itirən təxminən min South Carolinalı əsgərin xatirəsinə tikilən muzeyə bağışlayacaqlarını deyib.1969-cu ildə Vyetnamda bir qarşıdurmada ölən Çavuş Flaherty, məktublarında, ətrafında şahid olduğu hadisələri, eşitdiyi qorxunu və ABŞ ordusuna olan inancını izah edir.

Flaherty, məktublarında belə yazmış:

"Güllələrin yanımdan keçib getdiyini hiss edirəm. Həyatımda heç bu qədər qorxmamışdım. Çox sayda yoldaşımızı itirdik. Bu gün onların cəsədlərini və yaralıları daşıdıq. Bu çox çirkli və zalım bir döyüşdür. Yenə də bir gün insanların, bu döyüşün məqsədini anlayacağını bilirəm"

Atası amerikalı əsgər, anası yapon olan və Yaponiyada dünyaya gələn Flaherty, 9 yaşına qədər yetimxanada qalıb, sonra South Carolinalı bir ailə tərəfindən övladlığa götürülüb. Son dərəcə bacarıqlı şagird və idmançı olan Flaherty, Cincinnati Redslərə beyzbol komandasından təklif alıb. Orduya getməyi seçən Flahertynin ölümündən sonra cibində daşıdığı məktublar, Vyetnamlı əsgərlərin əlinə keçib. Məktublar, keçən ay Vyetnamı ziyarət edən müdafiə naziri Leon Panettaya verilib.

Tural QABİLOĞLU    

Sizin Reklam Yeriniz