Əlaqə Arxiv
news Image
2014.09.25
13:50
| A A A
Rəsmi Bakı Serj Sarkisyanın BMT-dəki çıxışındakı yalanlarını ifşa edəcək
BMT Baş Assambleyasının prosedur qaydalarına uyğun olaraq, Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyi tərəfindən yazılı şəkildə Ermənistan Prezidenti Serj Sarkisyanın BMT Baş məclisinin 69-cu sessiyasında beynəlxalq ictimaiyyəti aldatmağa yönəlmiş yalan dolu çıxışına cavab olaraq, Azərbaycan Respublikasının şərhləri təqdim ediləcək və bu sənəd BMT Baş məclisinin 69-cu sessiyasının rəsmi sənədi kimi yayılacaq. Bu barədə Trend-ə XİN-in mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Hikmət Hacıyev məlumat verib.

Onun sözlərinə görə, BMT Baş məclisinin 69-cu sessiyasında Azərbaycan Respublikasını təmsil edən Xarici İşlər Naziri Elmar Məmmədyarov tərəfindən sessiyanın ümumi müzakirələr hissəsində ediləcək çıxışında Azərbaycanın mövqeyi BMT tribunasından dünya ictimaiyyətinin nəzərinə çatdırılacaq.
Sizin Reklam Yeriniz