Əlaqə Arxiv
news Image
2014.09.25
14:19
| A A A
Yaxın 2-3 gün ölkə ərazisində yağış yağacaq

Yaxın 2-3 gün ərzində Azərbaycanda qeyri-sabit, yağışlı hava şəraiti davam edəcək. Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.


Məlumata görə, Bakıda və Abşeron yarımadasında sentyabrın 26-da hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən səhər və axşam yarımadanın bəzi yerlərində yağış yağacaq. Şimal-qərb küləyi gündüz arabir güclənəcək.


Bakıda və Abşeron yarımadasında sentyabrın 26-da havanın temperaturu gecə 16-18, gündüz 20-25 dərəcə isti olacaq.


Azərbaycanın bölgələrində sentyabrın 26-da əsasən Böyük və Kiçik Qafqaz ərazilərində, eyni zamanda, Lənkəran-Astara bölgəsində şimşək çaxacaq, yağış yağacaq, ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi gündüz güclənəcək.


Aran rayonlarında havanın temperaturu gecə 13-18, gündüz 22-27 dərəcə, dağlarda gecə 4-9, gündüz 10-15 dərəcə isti olacaq.

Sizin Reklam Yeriniz