Əlaqə Arxiv
news Image
2014.09.25
17:10
| A A A
Azərbaycanlı biznesmen Rusiyadan yardım istədi

Artıq məsələ ilə bağlı müvafiq işlər görülür

Azərbaycanlı biznesmen Vahid Ələkbərovun prezidenti olduğu "Lukoil" şirkəti Rusiyadan dövlət dəstəyi göstərilməsini xahiş edib. 


Bu barədə jurnalistlərə açıqlamasında Rusiya energetika nazirinin müavini Kiril Molodtsov deyib. O bildirib ki, bununla bağlı müvafiq işlər görülür:


"Qərb sanksiyalarının fonunda Rusiyanın Təbii Sərvətlər Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Maliyyə Nazirliyi və Energetika Nazirliyi birgə olaraq neft şirkətlərinə lazımi dəstəyin göstərilməsi ilə bağlı iş aparırlar. Bəzi neft şirkətləri hökumətdən dəstək üçün müraciət ediblər". 


Nazir müavini bildirib ki, bu halda dövlət bölüşdürülməmiş təbii ehtiyatları şirkətlər arasında böləcək. Ehtiyatların bölgüsü zamanı şirkətlər arasında bərabər imkan prinsipləri rəhbər tutulacaq. 

Sizin Reklam Yeriniz