Əlaqə Arxiv
news Image
2014.09.25
18:59
| A A A
“İslam dövləti” qruplaşmasının tərkibində döyüşən Almaniya vətəndaşlarının sayı açıqlanıb

Almaniyanın əks-kəşfiyyat xidməti İraq və Suriyada "İslam dövləti" qruplaşmasının tərkibində döyüşən Almaniya vətəndaşlarının sayını açıqlayıb.  Movqe.az-ın İTAR-TASS-a istinadən verdiyi məlumata görə, Konstitusiyanın Müdafiəsi üzrə Federal İdarənin (BFF) rəhbəri Hans-Georq Maasen "N24" telekanalının efirində bildirib ki, İraq və Suriyaya 450-dən çox Almaniya vətəndaşı yollanıb. Onlardan 120 nəfərin geri qayıtdığını deyən H. Maasen qeyd edib ki, 25 nəfərin döyüşlərdə iştirak etdiyi və hərbi düşərgələrdə təlim keçdiyi təsdiqlənib.H. Maasen bildirib ki, koalisiyanın hücumlarından sonra "İslam dövləti" qruplaşmasının vəziyyəti ağırlaşdığından öz ölkələrinə qayıtmaq istəyənlərin sayı artacaq. "Bizdə olan məlumata görə, Avropa Birliyi ölkələrindən 3 min nəfər hazırda İraq və Suriyada döyüşür", - deyə o vurğulayıb.

Sizin Reklam Yeriniz