Əlaqə Arxiv
news Image
2014.09.25
19:10
| A A A
Yararsız mallar satan mağazalar -SİYAHI

Saxlama müddəti ötmüş malların satıldığı mağazalar aşkarlanıb

Azərbaycanda saxlama müddəti ötmüş malların satıldığı mağazalar aşkarlanıb.


İqtisadiyyat və Sənaye Nazirliyinin verdiyi məlumata görə, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən növbəti dövlət nəzarəti tədbirləri zamanı

Bakının Sabunçu rayonunda


- Zabrat qəsəbəsində , Kərpic zavodunun yanında Şöhrət İsmayılova məxsus mağazada;

- Maştağa qəsəbəsi, H.Heybətov küçəsi, ev 1 ünvanında Qasıməli Mustafayevə məxsus mağazada;


Səbail rayonunda

- Ə.Yaqubov küçəsi, ev 12 ünvanında Əliniyaz Feyziyevə məxsus mağazada;

- Ə.Əlizadə küçəsi, ev 9 ünvanında Sənan Yolçıyevə məxsus mağazada;

- İ.Məmmədov küçəsi, ev 17 ünvanında Hədiyyə Əsgərovaya məxsus mağazada;


Sumqayıt şəhərində

- 34-cü məhəllədə Səkinə Hacıyevaya məxsus mağazada;


Biləsuvar şəhərində

- H.Əliyev küçəsində Adil Abbasova məxsus yeməkxanada normativ texniki sənədlərin tələblərinə uyğun olmayan malların;


Bakının Səbail rayonunda

- Salyan şosesi, 20-ci sahə dairəsində Həşim Əhmədova məxsus mağazada;


Tovuz şəhərində

- M.Musayev küçəsində Natiq Hüseynova məxsus mağazada;

- H.Aslanov küçəsində Bəxtiyar Əliyevə məxsus mağazada;


Qazax şəhərində

- H.Əliyev prospektində İlyas Əhmədova məxsus mağazada;


Biləsuvar rayonunda

- Səmədabad kəndində Əkrəm Turabova məxsus mağazada;


Xaçmaz şəhərində

- 28 May küçəsində Coşqun İsgəndərova məxsus mağazada;


Şamaxı şəhərində

- M.Rəsulzadə küçəsi, ev 12 ünvanında Zülfüqar Mikayılova məxsus mağazada;


Ağdam rayonunda

- Əhmədağalı kəndində Malik İsmayılova məxsus mağazada saxlama müddəti ötmüş malların satıldığı aşkarlanıb.


Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati tənbeh tədbirləri tətbiq olunacaq.


İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda, 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə və İqtisadiyyat və Sənaye Nazirliyinə 195-2 Telefon Məlumat Mərkəzi, internet saytı və facebook səhifəsi vasitəsilə məlumat vermələri xahiş olunur.

Sizin Reklam Yeriniz