Əlaqə Arxiv
news Image
2014.09.26
12:09
| A A A
ABŞ-dan hindulara 554 milyon $ təzminat

Amerikan hökuməti, Arizonada yaşayan yerli Navajo qəbiləsinə, ərazilərində meydana gələn təxribat səbəbiylə 554 milyon dollar ödəməyi qəbul edib. Arizona əyalətinin Window Rock bölgəsində yaşayan yerli Navajo qəbiləsi Amerika hökuməti arasında təxminən 50 ildən bu yana davam edən siyasi gərginlik, təzminat razılaşmasıyla nəticələnib.


 Movqe.az xəbər verir ki, bu gün rəsmi olaraq imzalanacaq müqavilə əsasında, Vaşinqton rəhbərliyi, bölgədə on illərdir meydana gələn təxribat və təbii ehtiyatların pis istifadəsi səbəbiylə qəbiləyə 554 milyon dollar təzminat ödəyəcək. Bu miqdar, bir qəbiləyə indiyə qədər ödənilən ən yüksək rəqəmi göstərir. 2012-ci ildə 41 qəbiləyə ümumi bir milyard dollar ödənmişdi. ABŞ ədliyyə naziri Eric Holder, mövzuyla əlaqədar etdiyi şərhdə, "Artıq nəsillərlə davam edən anlaşılmazlıq sona çatdı. Bu mövzunu nəhayət ədalətli bir nəticəyə çatdırılmasından ötəri çox xoşbəxtəm" deyib.

Sizin Reklam Yeriniz