Əlaqə Arxiv
news Image
2014.09.26
18:12
| A A A
Kreml: Xəzərin statusu haqqında konvensiya gələn il imzalana bilər

Xəzərin hüquqi statusu haqqında konvensiyanın hazırlanmasında xeyli irəliləyiş əldə olunub. RİA Novosti-nin məlumatına görə, bunu Rusiya Prezidenti Vladimir Putinin köməkçisi Yuri Uşakov deyib.

Onun sözlərinə görə, konvensiya 2015-ci ildə Qazaxıstanda keçiriləcək sammitdə imzalana bilər.

Y.Uşakov qeyd edib ki, tədbiröncəsi ekspertlərin fəal işi sayəsində sammitin yekunu olaraq Xəzərdə gələcək əməkdaşlıq üçün vacib nəticələr əldə oluna bilər: "Həştərxan sammitinin işi uğurla başa çatarsa, növbəti sammitdə konvensiyanın imzalanması istiqamətində birbaşa işə başlanacaq".

Prezident köməkçisi bildirib ki, Xəzərin hüquqi statusunun hazırlanması "Xəzər beşliyi"nin qarşısında dayanan vacib məsələdir: "Bu məqsədlə 1996-cı ildə xüsusi işçi qrupu yaradılıb. Ümumilikdə 38 iclas keçirilib".

Sizin Reklam Yeriniz