Əlaqə Arxiv
news Image
2012.07.17
08:30
| A A A
Xarici qonaqlar müxalifəti “siyasi ölü” hesab edirlər
“Müxalifət düşərgəsinin bugünkü funksiyası müxtəlif mətbuat orqanlarına, beynəlxalq təşkilatlara donos yazmaqdan ibarətdir”

Xaricdən gələn mötəbər qonaqlar müxalifətçilərlə görüşməyə ehtiyac duymurlar. Bunu mətbuata açıqlamasında hakim partiyadan olan millət vəkili Siyavuş Novruzov dilə gətirib. S.Novruzov xatırladıb ki, ABŞ dövlət katibi ölkəmizə gələndə də belə hadisə baş vermişdi, o cümlədən, onun ardınca səfər edən Avropa İttifaqı Şurasının prezidenti də müxalifətlə görüşmədi.

Millət vəkilinin dediyinə görə, bu onu göstərir ki, mötəbər xarici qonaqlar da müxalifətin ölkəmizdə heç bir nüfuzunun olmadığını bilirlər və onları "siyasi ölü" hesab edirlər.

"Belə partiyaların rəhbərləri ilə görüşə əhəmiyyət vermirlər. Müxalifət düşərgəsinin bugünkü funksiyası müxtəlif mətbuat orqanlarına, beynəlxalq təşkilatlara donos yazmaqdan ibarətdir.

Onlar artıq bilirlər ki, bu düşərgə heç bir ictimai dəstəyə malik deyil, xalq onlara inanmır. Ona görə də, mötəbər qonaqlar müxalifətçilərlə görüşməyə ehtiyac duymurlar".

Sizin Reklam Yeriniz