Əlaqə Arxiv
news Image
2014.09.27
11:11
| A A A
Atəşkəs yenidən pozuldu
Erməni silahlı bölmələri ötən gün və bu gecə Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutmaqla yenidən atəşkəs rejimini pozublar.

Movqe.az Müdafiə Nazirliyinin saytına istinadən bildirir ki, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi atəşə tutublar.

Ağdam rayonunun Yusifcanlı, Goranboy rayonunun Tapqaraqoyunlu, Xocavənd rayonunun Kuropatkino, Tərtər rayonunun Qızıl Oba kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

Sizin Reklam Yeriniz