Əlaqə Arxiv
news Image
2012.07.17
12:19
| A A A
Qafqaz Müsəlmanları İdarəsi Ramazan ayının başlanması ilə bağlı fətva verib
Bu gün Qafqaz Müsəlmanları İdarəsinin Qazilər Şurası orucluq ibadətinin – Ramazan ayının başlanması ilə bağlı fətva verib.

APA-nın verdiyi məlumata görə, Qazilər Şurasının bu gün keçirilən toplantısında bildirilib ki, Ramazan ayının ilk günü miladi təqvimi ilə iyulun 21-ə təsadüf edir.

İyulun 20-i isə niyyət gecəsidir. Ayın görünməsindən asılı olaraq Ramazan – fitrə bayramı miladi təqvimi ilə avqustun 19-u və ya 20-ə düşür. Qafqaz Müsəlmanları İdarəsi mübarək Ramazan ayında hamını səbrli olmağa və Allah yolunda xeyirxah işlər görməyə dəvət edib.

Qeyd edək ki, bu il əhya gecələri avqustun 18-dən 19-na, 20-dən 21-nə, 22-dən 23-nə və 26-dan 27-nə keçən gecəyə təsadüf edir. Bu günlərdən birinin (əsasən də sonuncunun) Qədr gecəsi olması ehtimalı böyükdür. 
Sizin Reklam Yeriniz