Əlaqə Arxiv
news Image
2014.09.28
16:04
| A A A
Tibb bacılrının unutqanlığı minlərlə insanın ölümünə səbəb olur

İlgiltərədə aparılan araşdırmaya görə, tibb bacılarının səliqəsiz əl yazısı və unutqanlığı hər il minlərlə insanın ölümünə səbəb olur.

Movqe.az publika.az-a istinadən xəbər verir ki, bu səbəbdən Qvin Aleksandra və Koventridəki Universitet xəstəxanası bu problem aradan qaldırmağın yolunu tapıb.

Bu xəstəxanalarda işləyən tibb bacılarına xüsusi proqram yüklənmiş İPad və İPhone verilib. Bununla da xəstəxanada ölüm sayının 15% azalacağı gözlənilir.

Ekspertlərin sözlərinə görə, tibb bacıları mütəmadi olaraq xəstələrin nəbzini, temperaturunu və qanlarındakı oksigeni ölçülməlidirlər. Lakin bu proses çox zaman gecikdirilir və ya onların əllə yazdıqları qeydlər tam anlaşılmır.

Təcrübə müddətində İPad və İPhone-lar onlara ölçmə saatlarını və nəticələri yazacaqları formatı göstərəcək. Bununla da bütün xəstələr mütəmadi olaraq və düzgün şəkildə yoxlanılacaq.


Sizin Reklam Yeriniz