Əlaqə Arxiv
news Image
2014.09.28
19:20
| A A A
Azərbaycanda hava şəraiti kəskin dəyişəcək
Həftənin ilk iş günü Azərbaycan ərazisində hava kəskin pisləşəcək, bəzi ərazilərdə intensiv yağışlar yağacaq, güclü külək əsəcək.

Movqe.az xəbər verir ki , Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bildiriblər ki, sentyabrın 29-da Bakı və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək, yağış yağacaq. Yarımadanın bəzi ərazilərində intensiv olacağı ehtimalı var. Şimal-qərb küləyinin güclənəcəyi, bəzi ərazilərdə isə şiddətlənəcəyi proqnozlaşdırılır.

Bakı və Abşeron yarımadasında sentyabrın 29-da havanın temperaturu gecə 11-13, gündüz 16-18 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında da havanın temperaturu 5-10 dərəcə enəcək. Bəzi ərazilərdə yağış yağacaq, əsasən gecə və axşam saatlarında şimşək çaxacaq, səhər ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi arabir güclənəcək.

Aran rayonlarında havanın temperaturu gecə 9-12, gündüz 17-20 dərəcə isti olacaq.
Qeyd edək ki, Azərbaycan sinoptikləri ölkədə hava şəraitinin pisləşəcəyi barədə öncədən xəbərdarlıq edib.
Sizin Reklam Yeriniz