Əlaqə Arxiv
news Image
2014.09.29
00:08
| A A A
Ətəyin ölçüsü, döş xərçəngi riski

Britaniya alimlərinə əsasən, qadın ətəklərinin ölçüsünün dəyişməsi xərçəng xəstəliyinə tutulmaq riski barədə xəbər verə bilər.

Movqe.az Milli.Az-a istinadən bildirir ki, 25 yaşından sonra hər 10 illik dövrədə ətəklərinin ölçüsü bir bölüm artan qadınlarda döş xərçəngi riski çəkisini dəyişməyən eyni yaşlı qadınlarla müqayisədə 33 faiz yuxarıdır.

"Ətək ölçüsünün iki bölüm artması ilə xərçəng riski 77 faizə çatır", - University College London Universitetində aparılan yeni tədqiqatda göstərilir.

Başqa sözlə, 20 yaşında aldığınız ətəklər təhlükənin indikatoru ola bilər.

Yeni araşdırma müəllifləri 50-60 yaşlarında olan 90 min qadından ibarət qrupa dair məlumatları təhlil ediblər. Tədqiqatın aparıldığı üç il ərzində həmin qrupdakı 1090 qadında döş xərçəngi aşkar olunub.

Alimlər çəkinin artması ilə xərçəng xəstəliyi arasında əlaqənin olduğunu artıq təsbit ediblər.

"Bizə məlumdir ki, 40 faiz hallarda döş xərçənginin qarşısı həyat tərzinin dəyişdirilməsi, artıq çəkilə mübarizə və daha artıq fiziki aktivliklə alına bilərdi", - tədqiqatçıSimon Vincentdeyib.

Onun sözlərinə görə, araşdırma çəkiyə daha asan nəzarət yolunu təklif edir.

Sizin Reklam Yeriniz