Əlaqə Arxiv
news Image
2014.09.29
11:05
| A A A
Azərbaycanda bir gündə üç dəfə ardıcıl zəlzələ baş verdi

ANS PRESS-in Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadla verdiyi məlumata görə, yerli vaxtla 08:55-də yerin 11 km dərinliyində 3, 1 bal gücündə zəlzələ qeydə alınıb. 


Digər bir təkan isə 09:19-də baş verib. Yeraltı təkanlar 3,3 bal gücündə olub. 


Zəlzələlər hiss olunmayıb.


Xatırladaq ki, bu səhər Azərbaycanın Qəbələ rayonunda zəlzələ baş verib. 


AMEA Respublika Seysmoloji Xidmət Mərkəzindən ANS PRESS-ə daxil olan məlumata görə, zəlzələ bu səhər yerli vaxtla saat 06.38-də Qəbələ şəhərindən 22 km şimal-şərqdə qeydə alınıb. 


10 km dərinlikdə baş verən yeraltı təkanlar episentrda 6 bal, ətraf rayonlarda 5.4 bal gücündə olduğu bildirilir. 


ANS PRESS-in şimal bürosundan verilən məlumata görə, zəlzələ Qusar və İsmayıllı rayonlarında da hiss olunub və yeraltı təkanlar bir neçə saniyə davam edib. 


Quba rayon icra başçısının müavini Afət Həsənovanın ANS PRESS-in yerli bürosuna verdiyi məlumata görə, zəlzələ rayonun kəndlərində də hiss olunub. 


Sizin Reklam Yeriniz