Əlaqə Arxiv
news Image
2014.09.30
12:37
| A A A
Tibb Universitetinin müəllimlərinə şad xəbər

 Azərbaycan Tibb Universiteti (ATU) əməkdaşlarının əmək haqları artırılıb. ATU-nun mətbuat xidmətindən anspress-ə verilən məlumata görə, universitetin rektoru, akademik Əhliman Əmiraslanovun təşəbbüsü ilə əməkdaşların əmək haqqının artımı haqqında qərar qəbul olunub.


Rektorun əmrinə əsasən, professor-müəllim heyətinin maddi rifah halını yaxşılaşdırmaq, elmi-pedaqoji fəaliyyətini stimullaşdırmaq məqsədilə ATU əməkdaşlarının aylıq əmək haqqı orta hesabla 30 %-dən çox artırılıb. Əmrin oktyabr ayından qüvvəyə minəcəyi, ayrı-ayrı sahələrdə çalışan əməkdaşların hamısına şamil olunacağı qeyd edilib.


Qeyd olunub ki, bu ilin əvvəlində də Tibb Universiteti işçilərinin aylıq vəzifə maaşlarının orta hesabla 25% yüksəldilməsi haqqında qərar verilib.

Sizin Reklam Yeriniz