Əlaqə Arxiv
news Image
2014.09.30
16:17
| A A A
Siyavuş Novruzov: “Azərbaycan neçə ildir balanslı siyasət aparır”

Milli Məclisin iclasında çıxış edən Ümid Partiyasının sədri İqbal Ağazadə Avropa Parlamentinə qarşı sərt fikirlər söyləməyi düzgün hesab etməyib.


APA-nın xəbərinə görə, deputat deyib ki, beynəlxalq təşkilatların Azərbaycanın əleyhinə olması, Qarabağ münaqişəsində Azərbaycana qarşı qərəzli mövqe tutmaları ilə bağlı tənqidlərlə razıdır:


"Amma məsələnin bir tərəfi də ondan ibarətdir ki, biz ölkə daxilində elə siyasət aparmalıyıq ki, ondan bu və ya digər şəkildə istifadə edib, bizə təzyiq göstərmək imkanı əldə etməsinlər".


İ. Ağazadə bildirib ki, Azərbaycanla bəzi təşkilatlar arasında olan narazılıqları aradan qaldırmaq üçün konkret addımlar atılmalıdır: "Bizim müstəqilliyimizi qorumaq üçün daxili barışa çox böyük ehtiyacımız var. Bu məsələdə Avropa əleyhinə bəyanat vermək yox, əlaqələri daha da inkişaf etdirmək lazımdır".


Yeni Azərbaycan Partiyası icra katibinin müavini, deputat Siyavuş Novruzov isə bildirib ki, hakimiyyət Avropanın üstünə getmir, əksinə, Avropa Azərbaycanın üstünə gəlir: "Əgər insan haqlarından danışılırsa, qaçqın və məcburi köçkünlərimiz də insandır. Onların da hüquqlarını müdafiə etmək lazımdır. Bundan sonra hansısa QHT-nin rəhbərləri ilə məşğul olarsınız. Bu il bələdiyyə seçkiləri keçiriləcək. İnsanın seçmək və seçilmək hüququ var. Bir milyon qaçqınımız bu hüququnu itirir. Azərbaycan neçə ildir balanslı siyasət aparır və heç kimin qoltuğunun altına girmir. Biz hər bir ölkə ilə eyni səviyyədə müzakirələr aparırıq. Əməkdaşlıq bərabər şəkildə olmalıdır. Bilirsiniz, məhəbbət ikitərəfli olur. Birtərəfli məhəbbətin fəsadları da çıxır. Yəni əgər yalnız bir tərəfdə məhəbbət olub, qarşı tərəfdə bu məhəbbət olmasa, buna münasibət demirlər".

Sizin Reklam Yeriniz