Əlaqə Arxiv
news Image
2014.09.30
17:01
| A A A
Avstriyada korona virusu

Avstriyanın paytaxtı Vyanada korona virusu Mersin-CoV-n yol açdığı xəstəliyə tutulan Səudiyyə Ərəbistanlı qadının xəstəxanaya qaldırıldığı bildirilib. 


Movqe.az xəbər verir ki, Vyana Xəstəxanalar Birliyi tərəfindən edilən şərhdə, bir neçə gün əvvəl Səudiyyə Ərəbistandan Avstriyaya ziyarətə gələn bir qadının, "tənəffüs çatışmazlığı" şikayətiylə həkimə müraciət etdiyi, edilən müayinədə qadının ağır kəskin tənəffüs yolu çatışmazlığı sindromu (SARS) xəstəliyinin törəməsi olan korona virusunun səbəb olduğu xəstəliyə tutulduğu və Kaiser Franz Josef Xəstəxanasında müalicə altına alındığı deyilib.

Korona virusu Mersin-CoV-in yol açdığı xəstəliyin Avstriyada ilk dəfə görüldüyü yazılan şərhdə, xəstənin davamlı nəzarət altında tutulduğu, vəziyyətinin kritik olduğu, lakin müalicəyə müsbət cavab verdiyi ifadə edildi. 


Son dövrdə narahatlıqlara səbəb olan xəstəlik, Yaxın Şərq Tənəffüs Sindromu (Middle East Respiratory Syndrome-Mersin-cov) olaraq bilinir. İlk dəfə 2012-ci ildə Səudiyyə Ərəbistanda ortaya çıxan virusun, heyvanlardan insanlara keçdiyi sanılır. Virusa tutulan insanlarda yüksək atəş, öskürək və nəfəs darlığı müşahidə edilir. 2012-ci ildə bəri virusa tutulan 300 xəstənin öldüyü deyilib.

Sizin Reklam Yeriniz