Əlaqə Arxiv
news Image
2014.09.30
18:02
| A A A
Qurbanlıq heyvanlar harda satılacaq? - SİYAHI

Satış yarmarkalarında qurbanlıq heyvanlar bazara nisbətən daha ucuz qiymətə təklif olunacaq

Oktyabrın 4-də səhər saatlarından etibarən Qurban bayramı ilə əlaqədar İqtisadiyyat və Sənaye, Kənd Təsərrüfatı nazirliklərinin, Bakı Şəhər İcra Hakimiyyətinin və digər aidiyyəti dövlət orqanlarının heyvandarlıqla məşğul olan sahibkarlarla birlikdə paytaxt və Bakıətrafı qəsəbələrdə təşkil etdikləri qurbanlıq heyvanların satış yarmarkaları fəaliyyətə başlayacaq.


Movqe.az-ın  İqtisadiyyat və Sənaye Nazirliyinə istinadən verdiyi məlumata görə, satış yarmarkalarında qurbanlıq heyvanlar bazara nisbətən daha ucuz qiymətə təklif olunacaq.


Satış yarmarkaları oktyabrın 4-5-də keçiriləcək. 


Qurbanlıq heyvanlar Qaradağ rayonunun Lökbatan qəsəbəsi, "Meyvəli" bazarının yanı; Sahil qəsəbəsi, mədəniyyət evinin yanı; Səbail rayonunun Bibiheybət yolu, "Azpetrol" yanacaqdoldurma məntəqəsinin yanı; 20-ci sahə dairəsi, ticarət cərgəsinin arxasındakı boş sahə; Yasamal rayonunun Şərifzadə küçəsi, 196, "İdeal" şadlıq sarayının həyəti; Binəqədi rayonunun 8-ci mikrorayon, C.Xəndan küçəsi və Atatürk prospektinin kəsişməsi; Rəsulzadə qəsəbəsi, Binəqədi şosesi, "Zəngəzur" şadlıq evi ilə üzbəüz; Biləcəri qəsəbəsi, T.Yaqubov 12 A, (bələdiyyənin qarajı); Binəqədi qəsəbəsi, 3-cü mədən küçəsi, korpus 78, qəsəbənin mərkəzi; Nərimanov rayonu Əliyar Əliyev küçəsi, 26, F.X.Xoyski prospekti ilə kəsişmədə; Nizami rayonunun R.Rüstəmov və M.Əliyev küçələrinin kəsişməsi, "Neolit" restoranının yaxınlığında; Xətai rayonunun Nobel prospekti, "Nargilə" kafesinin yanı; M.Hadi küçəsi, Ukrayna dairəsində; Mehmandarov küçəsi, 72, elektrik yarımstansiyasının yaxınlığında; Sabunçu rayonunun Zabrat-Maştağa yolunun sol tərəfi, Olimpiya İdman Kompleksinin yanı; Sabunçu qəsəbəsi, şəhər şosesi, "ABU" yanacaqdoldurma məntəqəsinin yanı; Suraxanı rayonunun Zığ qəsəbəsi, Hatəm Allahverdiyev küçəsi, tikiş sexinin yanı; Əmircan qəsəbəsi, Malik Mustafayev küçəsi, "Neftçi" stadionunun yanı; Hövsan qəsəbəsi, Oqtay Şabanov küçəsi, Maral heykəlinin yanı; Yeni Günəşli qəsəbəsi, V yaşayış massivi Xəzər rayonu Binə qəsəbəsi, Əliağa Vahid küçəsi 9, (yolun solu); Qala qəsəbəsi, Dəmiryolçular küçəsi 41, (Qala bələdiyyəsinin inzibati binasının qarşısı); Mərdəkan qəsəbəsi, Yesenin küçəsi, döngə 3 ünvanlarında satılacaq.


Sizin Reklam Yeriniz