Əlaqə Arxiv
news Image
2014.10.01
10:40
| A A A
Azərbaycanda dəhşətli cinayət - 7 ölü, 2 yaralı

Goranboy rayonunda evə hücum edən şəxs kütləvi qətl törədib

Goranboy rayonunda kütləvi qətl törədilib.


Goranboy rayon Polis Şöbəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, silahla evə hücum edən şəxs evdə 7 nəfəri öldürüb, 2 nəfəri isə yaralayıb.


Hadisə bu gün səhər saat 4:00 radələrində baş verib. Yaralılar 28 yaşlı Natiq Məmmədov və 30 yaşlı Günel Məmmədova Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Hadisənin ailə münaqişəsi zəmində baş verdiyi ehtimal edilir.


Goranboy Rayon Prokurorluğunun əməkdaşları hadisə yerindədirlər. Faktla bağlı cinayət işi açılıb, istintaq gedir.


Sizin Reklam Yeriniz