Əlaqə Arxiv
news Image
2014.10.01
11:45
| A A A
Dövlət Baytarlıq Xidməti Bakıda qurbanlıq heyvanların satılması üçün ayrılan məntəqələrdə reydlərə başlayır

Sabahdan etibarən Dövlət Baytarlıq Xidməti (DBX) Qurban bayramı ilə bağlı Bakıda qurbanlıq heyvanların satılması üçün ayrılan məntəqələr üzrə reydlərə başlayacaq.


Bunu APA-ya DBX mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli deyib.

 

O bildirib ki, reydlər Bakının ət kəsim məntəqələrində, o cümlədən ət bazarlarında aparılacaq: "Hər məntəqəyə iki həkim təhkim olunacaq Hər il olduğu kimi bu il də heyvanlar baytarlıq şəhadətnaməsi əsasında gətirilir. Ət kəsim yerlərində nöqsanlar aşkar olunarsa, orada ətin satışına qadağa qoyulacaq".

 

Y. Xanvəli əlavə edib ki, artıq rayon mərkəzlərinə, Bakı, Sumqayıt və Gəncə şəhərlərinə bayramda kəsilməsi üçün heyvanlar gətirilib: "Bu günə qədər daxil olan heyvanlarda narahatedici hal qeydə alınmayıb. Bakı şəhərində 8 ət kəsim mövcuddur. Həmin ət kəsim məntəqələrinin hər birinin baytarlıq laboratoriyası olsa da, oraya da əlavə həkimlər ayrılıb ki, həmin əraziyə nəzarət etsinlər".

 

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən 4-5 oktyabr Qurban Bayramıdır. Oktyabrın 4-də səhər saatlarından etibarən Qurban Bayramı ilə əlaqədar İqtisadiyyat və Sənaye, Kənd Təsərrüfatı Nazirlikləri, Bakı Şəhər İcra Hakimiyyəti və digər aidiyyəti dövlət orqanlarının heyvandarlıqla məşğul olan sahibkarlarla birlikdə Bakı şəhərində və Bakıətrafı qəsəbələrdə təşkil etdiyi qurbanlıq heyvanların satış yarmarkaları fəaliyyətə başlayacaq. Satış yarmarkaları oktyabrın 4-5-də keçiriləcək.

Sizin Reklam Yeriniz