Əlaqə Arxiv
news Image
2014.10.01
13:00
| A A A
Leyla Əliyev: "Bu gün əminliklə demək olar ki, RAGB qarşısına qoyduğu məqsədlərə çatıb"

Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB) sədri, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva: 



 Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) və Rusiya Azərbaycanlı Gənclər Təşkilatı (RAGT)


Murmansk regional şöbəsinin mətbuat katibi,


Azərbaycan Jurnalistlər Birliyi və Rusiya Jurnalistlər İttifaqının üzvü Əlihüseyn ŞÜKÜROV "VAKinfoya" istinadən verdiyi məlumata görə, Moskvada Rusiya Azərbaycanlı Gənclər Birliyinin V konfransı keçirilib


Konfransdan öncə "RAGB – dialoq və fəaliyyət" şüarı altında sərhi təşkil edilib.


Təşkilatın ötən dövr ərzindəki fəaliyyəti, Heydər Əliyev Fondunun Rusiyada həyata keçirdiyi layihələr, müxtəlif kitab və jurnallar vasitəsilə sərgi izləyicilərin diqqətinə çatırılıb.

Daha sonra Rusiya Azərbaycanlı Gənclər Birliyinin fəaliyyətindən bəhs edən film nümayiş olunub.


Konfransı giriş sözü ilə açan RAGB-in sədri, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Artıq 7 ildir ki, Rusiya Azərbaycanlı Gənclər Birliyinin yaradıldığını söyləyib: 


"Təşkilat yaradılanda biz, Rusiyada yaşayan azərbaycanlı gəncləri birləşdirmək, onların Rusiya cəmiyyətinə inteqrasiyasına yardım etməyi, ölkəmizin həqiqətlərini təbliğ etməyi qarşımıza məqsəd qoymuşduq. Hazırda birliyin Rusiya regionlarında  70-dən artıq nümayəndəliyi var. Rusiya Azərbaycanlı Gənclər Birliyi ölkənin bütün aparıcı ali məktəblərində layihələr həyata keçirir. Layihələrimiz bundan sonra da davam edəcək. Bu gün əminliklə demək olar ki, RAGB qarşısına qoyduğu məqsədlərə çatıb".


Leyla Əliyeva Azərbaycan-Rusiya münasibətlərinin səviyyəsini yüksək qiymətləndirib. İki xalqın tarixən bir-birinə bağlı olduğunu söyləyən RAGB sədri bildirib ki, bu əlaqələrin kökündə çoxillik tarix dayanır.


Müasir Azərbaycanın nailiyyətlərindən danışan Leyla Əliyeva qeyd edib ki, tolerantlıq Azərbaycan xalqı üçün həyat normasına çevrilib: "Azərbaycanda rus dilinə və mədəniyyətinə böyük hörmətlə yanaşırlar. Son illərdə Azərbaycan iqtisadiyyatı 3 dəfə böyüyüb və MDB ölkələri sırasında birinci yerdədir. 2015-ci ildə Bakıda ilk Avropa Olimpiya oyunları keçiriləcək. 2016-cı ildə isə Azərbaycanda şahmat olimpiyadası keçiriləcək.


Lakin bütün bu nailiyyətlərlə yanaşı Azərbaycanın 20 faiz torpaqlarının işğal altında olduğunu unutmaq olmaz. Bizim 1 milyondan çox qaçqın və məcburi köçkünümüz var.  "Xocalıya ədalət" kampaniyası da dünya ictimiayyətini Xocalı həqiqətləri ilə bağlı məlumatlandırmaq məqsədi ilə yaradılmışdı. İnanıram ki, dünya ictimaiyyəti bu hadisələrə ədaələtli qiymət verəcək. Azərbaycanın ərazi bütövlüyü isə bərpa olunacaq və bütün qaçqın və məcburi köçkünlər öz yurd-yuvalarına qayıdacaqlar".

Sonra Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu çıxış edib. O, RAGB-in fəaliyyətnin çox vacib və mühüm olduğunu bildirib: "Rusiyada yaşayan Azərbaycan gəncliyini birləşdirən RAGB uğurlu ictimai təşkialtdır. Leyla Əliyevanın rəhbərliyi altında bu təşkilat bir sıra uğurlu layihələrə imza atıb".


Səfir son vaxtlar Rusiya və Azərbaycan arasında əlaqələrin intensivləşdiyini söyləyib: "Çoxları Rusiyaya nəsə istəmək xahişi ilə gəlir. Azərbaycan isə Rusiyaya iqtisadiyyatına investisya yatırır".


Gənclər və İdman nazirinin müavini İntiqam Babayev isə çıxışında Azərbaycanın gənlər siyasətindən danışıb. O, RAGB-in fəaliyyətini yüksək qiymətləndirən nazir müavini bildirib ki, təşkilat azərbaycanlı gənclərin Rusiya cəmiyyətinə inteqrasiyasında mühüm rol oynayır".


Rusiya Federasiya Şurasının üzvü, senator İqor Morozov isə Rusiyadakı Azərbaycan gəncliyinə səslənərək " XXI əsrdə Rusiya Azərbaycan münasibətlərini siz inkişaf etdirməlisiz. SSRİ-nin squtundan sonra qalan problemləri siz həll etməlisiz.


Ümumrusiya Azərbaycan Konqresinin prezidenti Məmmədbağır Əliyev çıxış edib. O, Rusiyada Azərbaycan diasporunun təşəkkülünün tarixi və ÜAK-ın formalaşmasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin rolu barədə danışıb. M.Əliyev vurğulayıb ki, RAGB üzvlərinin çoxu gələcəkdə Rusiyanın ən nüfuzlu diaspor təşkilatlarından birinin – Ümumrusiya Azərbaycanlılar Konqresinin layiqli üzvləri olacaqlar.


Daha sonra isə Dövlət Dumasınınd deputatı Mixail Starşınov, Moskva hökumətinin departament rəhbərinin müavini Vladimir Fillipov, Azərbaycan Prezident Administarsiyasının İctimai-siyasi əlaqələr şöbəsinin məsləhətçisi Natiq Əliyev RAGB-in fəaliyyət ilə bağlı çıxış ediblər.


Rusiya Azərbaycanlı Gənclər Birliyinin rəhbəri Leyla Əliyeva Rusiya ali məktəblərində təhsil alan əlaçı tələbəblərə və təşkilatın fəallarına diplomlar təqdim edib. Plenar iclasdan sonra RAGB-in V konfransı öz işini 4 yarım bölmədə davam etdirib. Qafqazda biomüxtəlifliyin qorunması, Azərbaycan səhiyyəsi islahatlar yolunda, "Bakı-2015" mövzularında ətraflı müzakirələr aparılıb.


Konfrans işini Moskva Beynəlxalq Musiqi Evində Azərbaycan və Rusiya estrada ulduzlarının konserti ilə başa vurub.






Əlihüseyn ŞÜKÜROV,


Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) və Rusiya Azərbaycanlı Gənclər Təşkilatı (RAGT)


Murmansk regional şöbəsinin mətbuat katibi,


Azərbaycan Jurnalistlər Birliyi və Rusiya Jurnalistlər İttifaqının üzvü

Masallı-Murmansk


Sizin Reklam Yeriniz