Əlaqə Arxiv
news Image
2014.10.01
19:13
| A A A
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi müsabiqə elan etdi

Elektron Hökumət Portalının operatoru – Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi "Azərbaycanda "Elektron hökumət" mövcud vəziyyət, problemlər, perspektiv və gözləntilər" mövzusunda publisistik məqalə və video süjet müsabiqəsi elan edib. 


"Mənim E-hö[email protected]" adı altında "Ən yaxşı məqalə" və "Ən yaxşı video material" olmaqla  2 (iki) nominasiya üzrə nəzərdə tutulmuş müsabiqənin məqsədi dövlət orqanlarının təqdim etdiyi elektron xidmətləri geniş kütləyə çatdırmaq, elektron hökumət portalının (e-gov.az) populyarlığını artırmaqdır.


Nazirlikdən Movqe.az-a verilən məlumata görə, müsabiqə aşağıdakı mövzuları əhatə etməlidir:


-Elektron Hökumət nədir?

-Elektron Hökumət portalına nə üçün  ehtiyacımız var?

-Ölkənizdə Elektron Hökumət necə fəaliyyət göstərir?

 -Elektron Hökumətin cəmiyyət üçün faydaları.


Müsabiqəyə təqdim olunmuş yazılarda üstünlük veriləcək:


- Materialların ümumən mövzunu, konkret olaraq nəzərdə tutulan istiqaməti dolğun əhatə etmə səviyyəsi;

- Faktlardan istifadə xüsusiyyətləri və araşdırmanın keyfiyyəti;

- İfadə vasitələrinin zənginliyi;

- Oxucu üçün informasiyalılıq dərəcəsi;

- Qabaqcıl dünya təcrübəsi ilə müqayisə;


 Müsabiqənin  tələbləri:


1.Müsabiqədə jurnalistlərlə yanaşı, elmi işçilər, mütəxəssislər və elektron hökumətlə maraqlanan 18 yaşından yuxarı şəxslər iştirak edə bilər. 


2. Müsabiqədə iştirak etmək istəyənlər ilk növbədə  www.e-gov.az portalında qeydiyyatdan keçməli, məqalələri və ya video materialları göndərərkən qeydiyyat nömrəsini e-məktuba əlavə etməlidir. Qeydiyyat 2014-cü il noyabrın  10- dək aparılacaq.


3.Hər iştirakçı müsabiqəyə yalnız bir yazı və bir video süjet  təqdim edə bilər.


4.Yazı həftədə ən azı bir dəfə dərc olunan mətbu orqanda və ya informasiya saytında dərc edilməlidir. 


5. Hazırlanan video materiallar isə müsabiqəyə təqdim olunana qədər heç bir  KİV-də  nümayiş olunmamalıdır. 


6. Video 1 -5 dəqiqəlik olmalıdır.


7.Məqalə 8000 -14000 simvol həcmində olmalıdır.   


8.  Müsabiqə üçün dil və janr məhdudiyyəti nəzərdə tutulmur;   


9. Hər bir məqalə və süjet də  "Elektron hökumət" portalının ünvanının (www.e-gov.az) göstərilməsi əsas şərtlərdəndir.


10. Qiymətləndirmə zamanı iştirakçının  "Elektron hökumət" portalından istifadə fəallığını, bu sahədə mövcud olan materiallara, xarici mənbələrə istinadları nəzərə alınacaqdır.


9. Müsabiqə üçün yazılmış məqalələr və video süjetlər bu ünvana göndərilməlidir - [email protected]


Müsabiqə hansı mərhələlərdən ibarətdir?


Müsabiqə  "Ən yaxşı məqalə" və "Ən yaxşı video material" olmaqla  2 (iki) nominasiya üzrə  oktyabrın 3-dən, noyabrın 10-u tarixinə qədər keçiriləcək.  İştirakçılar məqaləsini müəyyən qəzet, jurnal və ya elektron KİV-də dərc etdirməli, məqalə və süjetin  internet ünvanını Təşkilat Komitəsinə ([email protected]) göndərməlidir. Məqalələrin dərc olunma tarixi qeydiyyat tarixindən sonrakı tarixə uyğun olmalıdır. Yazı və videolar RYTN tərəfindən müəyyən edilmiş peşəkar münsiflər tərəfindən qiymətləndiriləcək. Müsabiqənin nəticələri "Elektron hökumət" portalında dərc olunacaq. 


Müsabiqənin mükafay fondu:


"Ən yaxşı məqalə" üzrə                              "Ən yaxşı video material" üzrə


1-ci   yer  - 2500 manat                               1-ci   yer  - 2500 manat 

2-ci  yer -  1500 manat                                  2-ci  yer -  1500 manat

3;4;5 yer – noutbuk                                       3;4;5 yer - noutbuk


Bundan başqa müsabiqədə iştirak edən  hər bir iştirakçıya  e-imza vəsiqəsi və kart oxuyucu təqdim ediləcək.


Müsabiqə barədə daha geniş məlumatları www.e-gov.az Elektron hökumət portalından, eləcədə RYTN-nin Mətbuat xidmətindən əldə etmək olar.

Sizin Reklam Yeriniz