Əlaqə Arxiv
news Image
2014.10.02
11:37
| A A A
Obama silahlı şəxslə eyni liftdə

ABŞ-ın ürəyi Ağ Evin təhlükəsizliyiylə əlaqədar müzakirələr davam edən bir vaxtda prezident Barak Obamanın iki həftə əvvəl Atlanta səfəri zamanı,  3 dəfə məhkum olunan silahlı şəxslə eyni liftə mindiyi ortaya çıxıb. 


Movqe.az xəbər verir ki, The Washington Examiner və Washington Post qəzetləri, Obamanın 16 Sentyabrda Xəstəlik İdarə və Tədbir Mərkəzinə səfəri zamanı  üç dəfə məhkum edilmiş bir xüsusi təhlükəsizlik işçisinin Prezident ilə eyni liftə minməsinə icazə verildiyini yazıb. Xəbərə görə, Obama ilə eyni liftə minən xüsusi təhlükəsizlik işçisinin qəribə davranışları agentlərin diqqətini çəkib. Bütün xəbərdarlıqlara baxmayaraq cib telefonu ilə Prezidenti göstərməyə davam edən xüsusi təhlükəsizlik işçisi, Obama liftdən endikdən sonra agentlər tərəfindən sorğulanıb və  haqqındakı üç məhkumluq qərarı ortaya çıxarılıb. 

Sizin Reklam Yeriniz