Əlaqə Arxiv
news Image
2014.10.02
14:56
| A A A
Zakir Həsənov hərbçiləri təbrik edib

Müdafiə naziri Zakir Həsənov Qurban bayramı münasibəti ilə Silahlı Qüvvələrin şəxsi heyətini təbrik edib. 

Movqe.az-ın məlumatına görə, təbrikdə deyilir:


"Yoldaş zabitlər, gizirlər, miçmanlar, çavuşlar, əsgərlər və matroslar!

Sizi müqəddəs Qurban bayrami münasibəti ilə səmimi-qəlbdən təbrik edirəm.

Azərbaycanda milli-mənəvi dəyərlərin qorunub saxlanılması, sabitlik, inkişaf, birlik, vicdan azadlığı və tolerantlığın hökm sürməsinin təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Əsas amalı həmrəylik, dostluq, halallıq, bərabərlik və mərhəmət olan Qurban bayramı respublikamızda bütün sahələrdə əldə olunmuş yüksək nailiyyətlərlə qeyd olunur. 


Möhtərəm prezidentimiz İlham Əliyevin rəhbərliyi altında beynəlxalq nüfuzunu və iqtisadi qüdrətini artıran ölkəmizdə iqtisadiyyatın dinamik inkişafı təmin edilmiş, əhalinin həyat səviyyəsi daha da yaxşılaşdırılmış, respublikamızın müdafiə qüdrətinin artırılması sahəsində böyük uğurlara nail olunmuş, müstəqilliyimiz daha da möhkəmlənmişdir.

Hər birinizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və xidmətinizdə müvəffəqiyyətlər arzulayıram".


Sizin Reklam Yeriniz