Sabahdan Azərbaycan ərazisində hava şəraiti yenidən
nisbətən mülayimləşəcək. Belə hava şəraitinin oktyabrın 4-də də
davam edəcəyi proqnozlaşdırılır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya
Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Trend-ə
bildiriblər ki, oktyabrın 3-də Bakıda və Abşeron yarımadasında
buludlu hava şəraiti üstünlük təşkil edəcək. Günün birinci
yarısında az yağış yağacağı, günün ikinci yarısında havanın
dəyişkən buludlu olacağı gözlənilir. Gündüz şimal-qərb küləyi
əsəcək.
Havanın temperaturu gecə 13-15, gündüz 15-19 dərəcə isti
olacaq.
Oktyabr 3-5-də Abşeron yarımadasında mülayim hava şəraiti meteohəssas insanlar üçün nisbətən əlverişli olsa da, rütubətli havaların üstünlüyü bəzi meteohəssas insanlarda diskomfort hissi yarada bilər.
Sabah Azərbaycanın rayonlarında bəzi yerlərdə yağış yağacaq. Mülayim qərb küləyi əsəcək. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Aran rayonlarında gecə 10-15, gündüz 19-24, dağlarda gecə 1-6, gündüz 6-10 dərəcə isti olacaq.