Əlaqə Arxiv
news Image
2012.07.17
19:00
| A A A
Fil dişi qaçaqçıları işlərinə davam edirlər
Taylandda 650 kq ağırlığında 158 fil dişi ələ keçirilib. Movqe.Az bildirir ki, Fillərin dişlərini ovlamaq 23 ildir ki, qadağandır. Ancaq fil dişi olduqca qiymətli olduğu üçün qaçaq ovçular qoyulan qadağanı qəbul etmək istəmirlər.

Beləliklə, Keniyadan Taylanda aparılan təxminən 650 kiloqram ağırlığında 158 fil dişi Banqkok hava limanında ələ keçirilib.

Mövzuyla əlaqədar araşdırma davam edərkən, ələ keçirilən fil dişlərinin bazar dəyəri 700 min dollardan artıqdır.

Bəzi ölkələrdə qaçaq ovçuluqla mübarizədə əhəmiyyətli addımlar atılmasına baxmayaraq, son üç ildir ələ keçirilən fil dişi miqdarı gündən-günə artmaqdadır.

Yalnız keçən il 24 ton yarım fil dişi ələ keçirilib ki, bu da ən az 2 min 500 filin öldürüldüyünü göstərir.

Məlumatlara görə, Afrika qitəsində hər gün 100 fil sırf dişləri üçün öldürülür.

Qiymətli dişləri üçün ovlanmaları və təbii yaşayış yerlərinin yox edilməsi fillərin nəsillərinin sürətlə kəsilməsinə səbəb   olur.

Ən yaxşı müştəriləri Uzaq Şərq ölkələri olan fil dişi, piano düymələrində, bilyard toplarında,  bəzək əşyalarında və bir çox başqa sahədə istifadə edilir.

Sizin Reklam Yeriniz