Əlaqə Arxiv
news Image
2014.10.04
11:14
| A A A
Azərbaycanda mikroavtobus dərəyə aşıb, 2 nəfər ölüb, 7 nəfər xəsarət alıb

İsmayıllıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

Movqe.az-ın Fövqəladə Hallar Nazirliyinin  saytına istinadən verdiyi xəbərə görə, İsmayıllı rayonu, Mingə kəndində "Ford" markalı mikroavtobusun idarəetməni itirərək dərəyə aşması nəticəsində yol-qəza hadisəsi baş verib.

 

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, mikroavtobusun sürücüsü və 6 nəfər sərnişin müxtəlif bədən xəsarətləri alıb, 2 nəfər ölüb.

 

Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə yaralıları və 2 cəsədi dərədən çıxararaq aidiyyatı üzrə təhvil veriblər. Əməliyyat saat 04:25-də başa çatıb

Sizin Reklam Yeriniz