Bakıda intihara cəhdin qarşısı alınıb.
Movqe.az-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən
məlumat verir ki, Bakı şəhəri, Nizami rayonunda 1 nəfərin intihara
cəhd etməsi haqqında məlumat daxil olmuşdur.
Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri
hadisə yerinə cəlb olunmuş və aidiyyəti qurumlar
məlumatlandırılmışdır. Hadisə yerində əməliyyat şəraiti
qiymətləndirilərkən məlum olmuşdur ki, vətəndaş dəmir asma körpünün
üstünə qalxaraq intihar etmək niyyətini nümayiş etdirir.
Xilasedicilər hadisə yerində toplaşan vətəndaşların ərazidən uzaqlaşdırılmasını və təhlükəsizlik çadırının çəkilməsini təmin etmişlər. Aparılmış psixoloji sohbət nəticəsində intihar etmək istəyən şəxs fikrindən daşındırılmış, təhlükəsizlik tədbirlərinə riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə xilasedicilər tərəfindən körpünün dəmir konstruksiyasından aşağı endirilərək Təcili Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil verilmişdir.