Əlaqə Arxiv
news Image
2014.10.04
12:14
| A A A
Samsung yeni smartfonu göstərdi
Samsung korporasiyası ucuz Galaxy Grand Prime smartfonunu nümayiş etdirib. Cənubi Koreya şirkəti nazik korpus, güclü çipi, uzunmüddətli avtonom iş vaxtı və ön kameranı aparatın üstünlükləri kimi qeyd edib.

Samsung Galaxy Grand Prime modeli 1,2 QHs takt tezlikli dördnüvəli Qualcomm Snapdragon 400 prosessoru, 960x540 piksel təsvir ölçülü 5 düymlük ekran, 1 QB əməli və 8 QB daxili yaddaşla təchiz edilib.

Movqe.az Milli.Az-a istinadən bildirir ki, əsas 8 meqapiksellik kamera LED işıqlandırıcı, avtofokus və Full HD formatında video çəkilişi funksiyasına əlavə edilmişdir. 5 meqapiksellik ön kamerada genişbucaqlı obyektiv istifadə olunur.

Bundan başqa, smartfon 3G HSPA+, Wi-Fi b/g/n, Bluetooth 4.0 və GPS modulları, SİM kart üçün iki slot və qurğunu videonu izləmə zamanı 10 saat, danışıq rejimində 17 saat və musiqi dinləyərkən 75 saat avtonom işlə təmin edən 2600 milliamper/saat tutumunda akkumulyatorla təchiz edilib.

Aparatın qalınlığı 8,6 mm, çəkisi 156 qram təşkil edir. Android 4.4 KitKat əməliyyat sistemi quraşdırılıb.

Sizin Reklam Yeriniz