Əlaqə Arxiv
news Image
2014.10.04
13:17
| A A A
Apple ilə Samsung yenə didişir
Apple şirkəti mobil ödənişlər sahəsində PayPal sistemi ilə əməkdaşlıq haqda danışıqlar aparırdı, amma PayPalın alma şirkətinin əsas rəqibi Samsungla əməkdaşlığına görə danışıqları dayandırıb. Bu haqda etibarlı mənbələrə istinadən Bank Innovation maliyyə nəşri yazıb.

KİV yazır ki, PayPal cari ilin yanvarında iPhone üçün mobil ödəniş xidmətinin hazırlanması üzrə Appleın tərəfdaşı olmaq niyyətini ifadə edib. Amma PayPal fevralda Galaxy S5 smartfonu ilə əlaqədar Samsungu dəstəklədikdən sonra şirkətlər danışığı dayandırıb. Şirkətlər o zaman elan etmişdilər ki, PayPal qurğu sahibinin barmaq izinin köməyi ilə ödənişlərin identifikasiyasını dəstəkləyəcək birinci ödəmə sistemi olacaq.

Movqe.az Milli.Az-a istinadən bildirir ki, Apple sentyabrda Apple Pay şəxsi ödəmə sistemini nümayiş etdirdikdə kredit kartları buraxan və alma şirkətinin texnologiyasını dəstəkləyəcək bir sıra bank və firmaların adını çəkib. Amma həmin bankların arasında PayPal ödəmə sisteminin adı olmayıb. Apple Pay oktyabrdan ABŞ-da işləməyə başlayacaq.

Sizin Reklam Yeriniz