Əlaqə Arxiv
news Image
2014.10.04
19:00
| A A A
Donetskdə separatçıların liderlərindən biri ağır yaralanıb
Donetsk aeroportu üğrunda döyüşlərdə separatçı "Donetsk Xalq Respublikası"nın Ali sovetinin deputatıOleq Frolovağır yaralanıb.

Movqe.az-ın Milli.az-a istinadən məlumatına görə, Oleq Frolov "Donetsk Xalq Respublikası"nın əsas yaradıcılarından biri sayılır.

"Həkimlər onun həyatı üçün mübarizə aparırlar", - deyə "DXR"in mətbuat mərkəzindən bildirilib.

Mətbuat mərkəzində qeyd edirlər ki, Oleq Frolov "Donetsk Respublikası" ictimai təşkilatının banisidir və Donetsk ərazisində inqilabçı hadisələrin aktiv iştirakçısıdır.

Qeyd edək ki, bölgədə atəşkəs elan edilsə də Donetskdə son günlər vəziyyət daha da gərginləşib.
Sizin Reklam Yeriniz