Movqe.az xəbər verir ki , Azərbaycan Milli Elmlər Akadmeiyasının (AMEA) Respublika Seysmoloji mərkəzindən bildiriblər ki, bu gün yerli vaxtla saat 09:59:33-də Qəbələdən 14 km şimali-şərqdə zəlzələ qeydə alınıb.
Yerin 5 km dərinliyində baş verən zəlzələ
episentrdə 6 bal, Qəbələdə 5 bal və respublikanın əksər
rayonlarında 4-3 bala qədər hiss olunub.
Qəbələ Rayon İcra Hakimiyyətindən Trend-ə bildiriblər ki, hələlik
zəlzələ ilə əlaqədar rayonda hər hansı dağıntı faktı qeydə
alınmayıb. Bununla yanaşı, Rayon Fövqəladə Hallar Komissiyasının
üzvləri araşdırma aparırlar.
Qeyd edək ki, bu gün yerli vaxtla saat 05:25:37-də Şəkidə də zəlzələ baş verib. Zəlzələ Şəkidən 6 km şimali-şərqdə, yerin 9 km dərinliyində qeydə alınıb. Zəlzələ 3 bala qədər hiss olunub.
trend.az