Əlaqə Arxiv
news Image
2014.10.05
12:14
| A A A
Terrorçu özünü bazarda partlatdı, 5 nəfər öldü, 25 nəfər yaralandı
Pakistanın qərbində yerləşən Kvetta şəhərində terrorçu-kamikadze bazarda özünü partladıb, nəticədə azı 5 nəfər ölüb, 25 nəfər yaralanıb.Movqe.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, ölənlər arasında bir qadın və bir uşaq var, yaralananlardan isə 7-si uşaqdır.

Partlayış törədilən zaman bazarda çoxlu insan olub.

Bundan əvvəl Pakistanın Heybər-Paxtunxva əyalətindəki Koxat şəhərində, avtobus dayanacaqlarından birində törədilən partlayış nəticəsində 6 nəfər ölüb, 17 nəfər yaralanıb.

Partlayış Qurban bayramı ilə əlaqədar mərasimə yollanan dindarların dayanacağa yaxınlaşdığı an baş verib.

Sizin Reklam Yeriniz