Əlaqə Arxiv
news Image
2014.10.06
13:40
| A A A
Azərbaycanda kompüterlərin satışı artıb

Bu ilin yanvar-sentyabr aylarında "Xalq kompüteri" layihəsi çərçivəsində kompüterlərin satışı 7 faiz artıb. Bu barədə Trend-ə "Best Comp Group" şirkətindən məlumat veriblər.

Şirkətdən verilən məlumata görə, yanvar-sentyabr aylarında təqribən 1,19 milyon manat dəyərində kompüter texnikası satılıb. Hər kompüterin qiyməti orta hesabla 700 manat təşkil edib.

Layihəyə başlanandan etibarən (2009-cu ilin aprel ayı) ümumilikdə 24,2 milyon manatdan çox məbləğdə 16,9 mindən artıq kompüter satılıb.

Layihə çəçivəsində satılan komüterlərin 95 faizindən çoxu portativ texnikanın (noubuk və planşet kompüterlərin) payına düşür.

Sizin Reklam Yeriniz