Əlaqə Arxiv
news Image
2014.10.06
14:09
| A A A
Latviyada parlament seçkisini rusdillilərin partiyası uddu
Latviyada oktyabrın 4-də keçirilmiş parlament seçkisinin ilkin nəticələri açıqlanıb. "Media forum" saytı xəbər verir ki, rusdilli əhalinin dəstəklədiyi müxalif Həmrəylik Partiyası 23,26% faiz səslə (100 yerlik parlamentdə 25 mandat) qalib olub.İkinci və üçüncü yerləri hakim koalisiyaya daxil olan Birlik (21,62% səs, 23 mandat), Yaşıllar və Kəndlilər İttifaqı (19,74% səs, 21 mandat) partiyaları tutub. Hakimiyyətdə təmsil olunan "Hər şey – Latviyaya" Milli İttifaqı 16,5% faiz səs yığıb (17 mandat. "Ürəkdən Latviyaya" (6,91% səs, 7 mandat) və Latviya Regional Birliyi (6,47% səs, 7 mandat) partiyaları da parlamentə düşə bilib.
Sizin Reklam Yeriniz