Əlaqə Arxiv
news Image
2014.10.07
13:42
| A A A
Şimali Koreya müharibəyə hazırlaşır
Bu barədə Cənubi Koreya Müdafiə Nazirliyinin Hökumətə təqdim etdiyi hesabatda bildirilib

Koreya Xalq Demokratik Respublikası (KXDR) iki Koreyanı birləşdirmək məqsədiylə döyüşə hazırlaşır. Movqe.az-ın məlumatına görə, KXDR 2015-ci ili "birləşmə ili" elan edib. Bu barədə Cənubi Koreya Müdafiə Nazirliyinin Hökumətə təqdim etdiyi hesabatda bildirilib. Məlumata görə, KXDR bu məqsədlə davamlı olaraq ordunun hücum gücünü artırır. Hesabatda, nümunə olaraq son 2 il ərzində KXDR ordusunun əlindəki uzaq mənzilli raket sistemlərin sayının 300-ə qədər artırıldığı deyilir. Bu 240 mm-lik raketlərin 60 km məsafəni qət edərək paytaxt Seulu vura biləcəyi ehtimal olunur. 300 mm-lik raketlərin isə təxminən 200 km məsafədəki mövqeləri vura biləcək gücdə olduğu iddia olunur. KXDR bu il sentyabr ayına qədər test məqsədiylə 111 ədəd mərmini sınaqdan keçirib. Cənubi Koreya Müdafiə Nazirliyi KXDR-nın təxribatlarına qarşı ordunun gücləndiriləcəyini bildirib. Məsələ ilə bağlı lazım olan bütün tədbirlərin alındığı qeyd edilib.

Sizin Reklam Yeriniz