Rusiya nüvə döyüş başlıqlarının miqdarına görə ABŞ-ı geridə
qoyub.Movqe.az-ın məlmatına görə, bu barədə ABŞ Dövlət
Departamentinin nüvə güclərinin tərkibi haqqında rəsmi məlumatında
qeyd edilib.
Rusiya və ABŞ arasında imzalanan "Praqa müqaviləsi"nə əsasən iki
ölkə silahlanmanın ixtisarı haqqında informasiya mübadiləsi
aparmalıdır.
Dövlət Departamenti tərəfindən dərc edilən məlumatlar onu
göstəririr ki, Rusiya Federasiyası və ABŞ arasında 2000-ci illərin
başlanğıcından bu yana ilk dəfə olaraq nüvə silahının
daşıyıcılarının sayı bərabərləşib. Hətta, Rusiyanın nüvə döyüş
başlıqlarının miqdarı ABŞ-a nisbətdə 1 ədəd artıqdır: 1643 Rusiya,
1642 ABŞ.
Ekspertlərin fikrincə, bu bərabərlik ABŞ tərəfinin yeni hərbi
texnikalara yönəlməsindən sonra yaranıb.
Qeyd edək ki, bu müqavilə iki ölkə arasında nüvə silahlarının
sayının bərabərləşməsinə kömək edir. İki ölkə arasında nüvə
razılaşması 2000-ci ilin əvvəllərinə təsadüf edir.