Əlaqə Arxiv
news Image
2014.10.08
12:20
| A A A
Azərbaycanda sürüşmə sahələri yenidən aktivləşib

Azərbaycandakı sürüşmə sahələri yenidən aktivləşib. Bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının ekzogen geoloji proseslərin öyrənilməsi partiyasının rəisi Sadiq Əmiraslanov deyib.Onun sözlərinə görə, sentyabrın sonu - oktyabrın əvvəllərində sürüşmə sahələrində aktivləşmə müşahidə edilib. Bu, yay aylarının həddindən artıq quraqlıq keçməsi və torpaqda yeni çatların əmələ gəlməsi, mövcud çatların genişlənməsi ilə bağlıdır. Bununla yanaşı, sentyabrda atmosfer çöküntülərinin bu çatlar vasitəsilə daxil olması da sürüşmə sahələrində qismən aktivləşməyə səbəb olub. Bu aktivləşmələr daha çox avtomobil yolları ərazilərində müşahidə edilib.

S.Əmiraslanov deyib ki, Lənkəran-Lerik avtomobil yolunun 17, 40, 50-ci km-də mövcud olan sürüşmə, uçqun sahələrində qismən aktivləşmə müşahdə edilib: "Artıq sürüşmənin yaratdığı təhlükələr aradan qaldırılıb. Hazırda respublikadakı sürüşmə sahələrində elə bir təhlükə yoxdur".

Sizin Reklam Yeriniz