Əlaqə Arxiv
news Image
2014.10.08
13:37
| A A A
Çində daha bir zəlzələ

Çinin cənub-qərbində yerləşən Yunnan əyalətində meydana gələn 6,6 böyüklüyündəki zəlzələdə bir nəfərin öldüyü, 324 nəfərin yaralandığı bildirilib.

Şinhua agentliyinin xəbərində, zəlzələnin mərkəzi əsasının əyalətin Cinggu mahalı olduğu və yerin 5 kilometr dərinliyində meydana gəldiyi deyilib.


Movqe.az xəbər verir ki, yaralıların əksəriyyətinin Cinggu rayonunda olduğu deyilən mahalda 92 min 700 nəfərin zəlzələdən təsirləndiyi və 56 min 880 nəfərin yaşadığı yeri tərk etdiyi açıqlanıb.


Zəlzələnin, bütün əyalətdə hiss olunduğu və dünən axşam yerli vaxtla 21.49-da meydana gəldiyi qeyd edilib.

Sizin Reklam Yeriniz