Çində sarı həyəcan siqnalı verildi
Çinin paytaxtı Pekin başda olmaqla ölkənin şimal bölgələrində hava çirkliliyi "zərərli" səviyyələrə çatıb, çirklilik səbəbiylə sarı həyəcan siqnalı verilib.
Çin Milli Metrologiya Mərkəzi (NMC) tərəfindən edilən şərhdə, Çinin şimal bölgələrində paytaxt Pekin və Tiencin şəhərlərilə yanaşı Hıbey, Şandong, Hina və Şaanşi əyalətlərində sıx hava çirkliliyi olacağı deyilib.
Havadakı zərərli parçacıq miqdarını ölçən PM 2,5 faizin 300-ü keçdiyi paytaxt Pekində, hava çirkliliyi səbəbiylə görüntü məsafəsi azalıb.
Bölgədə həftə sonundan etibarən küləklə hava çirkliliyi təbəqəsinin cənuba doğru dağılmasının gözlənildiyi qeyd edilib.