Əlaqə Arxiv
news Image
2014.10.09
19:10
| A A A
Bakı sakinlərinə həkim xəbərdarlığı

"Bu ilin yanvar ayından avqust ayına qədər Azərbaycan ərazisində 266 nəfər brüselloza yoluxub". Bu barədə Day.Az saytına Respublika Gigiena və Epidemiologiya mərkəzinin xüsusi təhlükəli xəstəliklər bölməsinin rəhbəri Elmira Əliyeva bildirib. Bu müddət ərzində 24 nəfər brüselloza yoluxub. 

 

Onun sözlərinə görə, baytarlar mütəmadi olaraq profilaktik tədbirlər həyata keçirir, iri və xırda buynuzlu heyvanlar yoxlanılır. 

 

İnsanın brüselloza yoluxması xəstə heyvanla birbaşa kontakt zamanı, çiy süd içərkən və ya kustar üsulla hazırlanmış pendir yeyərkən baş verir. 

 

"Brüselloza yoluxmamaq üçün südü içməzdən əvvəl qaynatmaq lazımdır. Pendiri isə 50-60 sukta duzlu suda saxlamaq lazımdır. Təəssüflər olsun ki, bəzən bu qaydalara əməl edilmir", - Elmira Əliyeva bildirib.

 

Sizin Reklam Yeriniz