Əlaqə Arxiv
news Image
2014.10.09
20:06
| A A A
Rusiyada benzin də bahalaşdı

Rusiyada sentyabrın 29-dan oktyabrın 3-dək olan dövrdə Aİ-92 və Aİ-95 benzinlərinin qiyməti orta hesabla 10 və 8 qəpik bahalaşaraq müvafiq olaraq 32.51 və 35.09 rubl təşkil edib.Movqe.az xəbər verir ki, Aİ-92 benzinin maksimum bahalaşması Uzaq Şərq federal dairəsində müşahidə edilib. Burada benzinin qiyməti 21 qəpik bahalaşaraq 36.38 rubl olub. Minimal artım isə Cənub Federal dairəsində qeydə alınıb. Benzin 4 qəpik bahalaşaraq bir litr üçün 35.14 rubl təşkil edib. Aİ-95 benzini ən çox Uzaq Şərq federal dairəsində bahalaşıb – 21 qəpik və bir litr üçün 38.39 rubl olub. Minimal artım isə Şimal-Qərb federal dairəsində qeydə alınıb. Burda benzin 3 qəpik bahalaşaraq bir litr üçün 35.14 rubl təşkil edib.


Sizin Reklam Yeriniz