Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva
oktyabrın 9-da Qaradağ rayonundakı 6 nömrəli uşaq somatik
sanatoriyasında olub.Movqe.az xəbər verir
ki, bu barədə AzərTAc-məlumat yayıb. Uşaq hüquqlarının təmin
edilməsi ölkəmizdə həyata keçirilən dövlət siyasətinin prioritet
istiqamətlərindən biridir. Bu siyasətin uğurla reallaşdırılmasına
Heydər Əliyev Fondu da hərtərəfli dəstək verir. Fond yarandığı ilk
gündən uşaqların taleyini diqqət mərkəzində saxlayır. Heydər Əliyev
Fondunun vitse-prezidentinə məlumat verildi ki, 50 çarpayılıq bu
tibb müəssisəsinə uşaqlar xüsusi göndərişlə gəlirlər. Sanatoriyada
stasionar və ambulator müayinədən sonra uşaqlar reablitasiya
məqsədi ilə sanator-müalicə prosesi keçirlər. Leyla Əliyeva
uşaqlarla süfrə arxasında söhbət etdi. Bildirildi ki, hazırda
sanatoriyada 2 ay müddətinə 34 uşaq müalicə alır. Onlara 35
nəfərdən ibarət tibbi heyət xidmət edir. Sonda uşaqlara Heydər
Əliyev Fondunun hədiyyələri təqdim olundu.