Əlaqə Arxiv
news Image
2014.10.10
15:25
| A A A
Zəvvarların ilk qrupu sabah vətənə dönəcək

Həcc ziyarətini başa vuran azərbaycanlı zəvvarların ilk qrupu sabah Azərbaycana gələcək.

Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova bildirib. Onun sözlərinə görə, oktyabrın 11-də zəvvarların ilk qrupu Bakıya dönəcək: "Oktyabrın 11-dən 15-nə kimi günlər ərzində bir neçə reys həyata keçiriləcək. Sabah gün ərzində dörd reys, oktyabrın 12-nə keçən gecə isə iki reys həyata keçiriləcək. Oktyabrın 15-də isə zəvvarların vətənə qayıdışı tamamilə başa çatacaq".

 R. Dadaşova bu il zəvvarların ölkəyə qayıdışını Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarələrin həyata keçirəcəyini də söyləyib: "Əvvəlki illərdə zəvvarların qayıdışı xarici şirkətlərə məxsus təyyarələr vasitəsi ilə həyata keçirilirdi. Lakin bu il Azərbaycan Hava Yollarına məxsus təyyarələr vasitəsi ilə bu proses həyata keçiriləcək".

 

Qeyd edək ki, Azərbaycandan olan zəvvarların Həcc ziyarəti yalnız təyyarə ilə baş tutub. Suriyada baş verənlər və regionda İŞİD təhlükəsi ilə əlaqədar olaraq bu il də zəvvarlar avtobuslarla səfər edə bilməyiblər. Bu il Azərbaycandan Həcc ziyarətinə 4 minə yaxın zəvvar gedib.

Sizin Reklam Yeriniz